29.11.2018

Müəllim kimi yüksək ad daşıdığıma görə fəxr edirəm

N. Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbin direktoru - Zamin Həziyev qurultay haqqında təəsüratlarını bölüşüb: "Cəbrayıl rayon təhsil işçilərinin sırasından seçilərək Azərbaycan müəllimlərinin XV Qurultayında iştirakıma və qurultayda çıxış etdiyimə görə qürur duyuram. Təhsil nazirimizin məzmunlu, təhlillərlə dolu, uğurlu məruzəsinə görə təbrik edirəm. Bu mötəbər tədbirdə iştirak etmək qarşımızda mühüm vəzifələr qoyur. Bu gündən artıq daha böyük ruh yüksəkliyi ilə işə başladım. Bir daha müəllim kimi yüksək ad daşıdığıma görə fəxr edirəm.