03.12.2018

 " Narkomaniyaya yox deyək " 

Cəbrayıl rayon 5 nömrəli  tam orta məktəbində " Narkomaniyaya yox deyək " adlı tədbir keçirilib. Tədbirdə məktəbin direktoru T.Vəliyev, məktəbin sinifdənxaric və məktəbdənkənar işlər üzrə direktor müavini B. Quliyev, məktəbin psixoloqu T. Əliyeva, UBT-rəhbəri M. Məmmədova məktəbin biologiya müəllimi G. Möhbalıyeva və 8 və 9-cu sinif şagirdləri iştirak ediblər. Məktəbin direktoru T. Vəliyev və məktəbin biologiya müəllimi G. Möhbalıyeva çıxış edərək narkomaniyanın cəmiyyətimizə, gələcəyimiz olan gənclərin mənəviyyatına, əxlaqına ciddi mənfi təsir göstərməsindən, insanların narkomaniya adlı xəstəliyə düçar olaraq həyatlarının məhv olması haqqında  ətraflı məlumat veriblər. Şagirdlərin çəkdikləri rəsmlər nümayiş olub. Tədbirin sonunda şagirdlərə narkomaniya və onun fəsadları barədə videoçarx nümayiş olunub.