14.12.2018

"Azərbaycan deyiləndə ayağa  dur ki," adlı tədbir keçirilib

 Cəbrayıl rayonu C.Əhmədov adına şəhər tam orta məktəbdə 14 dekabr 2018 -ci il tarixdə Azərbaycan poeziyasının vətənpərvər şairlərindən biri olan  Məmməd Arazın 85 illiyinə həsr olunmuş "Azərbaycan deyiləndə ayağa  dur ki ," adlı tədbir keçirilib. 

Tədbirdə Cəbrayıl rayon Təhsil Şöbəsinin müdiri Z.Qurbanov, aparıcı məsləhətçilər

R.Mustafayev, Ə.Əliyev, metodistlər S.Əhmədov, A.Məhidov iştirak ediblər. Şagirdlərin ifasında ölməz şairin yaradıcılığından nümunələr, əsərlərinə bəstələnmiş musiqilər səsləndirilib.

           Sonda Təhsil Şöbəsinin müdiri Z.Qurbanov öz təəssüratlarını bölüşüb və kollektivə uğurlar arzulayıb.