28.12.2018

Şikar Aslanov adına Süleymanlı kənd tam orta məktəbində "Ədəbiyyat aylığı"  keçirilib

Şikar Aslanov adına Süleymanlı kənd tam orta məktəbində "Ədəbiyyat aylığı" çərçivəsində yekun tədbir keçirilib. Tədbirdə  məktəbin 8-9-cu sinif şagirdləri iştirak ediblər. Şagirdlər  Nizami Gəncəvinin "Sultan Səncər və qarı", Kərpickəsən kişinin dastanı", İlyas Əfəndiyevin "Xurşidbanu Natəvan " əsərindən  parçalar  nümayiş ediblər. Müsabiqənin qalibi Əhməd Cavadın "Çırpınırdın Qara dəniz" şeiri ilə çıxış edən 9-cu sinif şagirdi Səfərli Nərmin olub.


Açar sözlər: ,  ,