12.01.2019

Milli Qəhrəman Şikar Davud oğlu Aslanovun anım günü qeyd edilib

Ümumtəhsil sahəsində 2018-2019-cu il dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə Azərbaycan Respublikasının Təhsil nazirinin 14 avqust 2018-ci il tarixli əmrinin 2.9 bəndinə uyğun olaraq  torpaqlarımızın azad olunması yolunda qəhrəmanlıq göstərmiş şəxslər barədə şagirdlərin məlumatlandırılması və onların anım günlərinin keçirilməsi tədbirləri ilə əlaqədar 12 yanvar 2019-cu il tarixdə Cəbrayıl rayon 4 nömrəli tam orta məktəbində Azərbaycan Respublikasının  Milli Qəhrəmanı Şikar Davud oğlu Aslanovun anım günü qeyd edilib. Görüşdə Milli Qəhrəmanın qardaşı Mükafat Aslanov, Şikar Aslanov adına Süleymanlı kənd orta məktəbin direktoru Ələkbər İsmayılov, müəllim kollektivi və şagirdlər iştirak ediblər.Tədbiri məktəbin direktoru Namiq Məmmədli açaraq, Milli Qəhrəmanın həyatı və döyüş yolu haqqında məlumat verib. Daha sonra Milli Qəhrəmanın qardaşı Mukafat Aslanov göstərilən diqqətə görə məktəb kollektivinə təşəkkür edib.Tədbir şagirdlərin ifasında şeirlər və səhnəciklərin göstərilməsi ilə başa çatıb.