16.01.2019

 “20 Yanvar-qan yaddaşımızdır"

İyirminci əsr xalqımızın həyatında bir şox faciələrlə yadda qaldı. Həmin faciələrdən biri də “20 Yanvar ” faciəsidir. Ötən əsrdə keçmiş Sovet Ittifaqinin tərkibində olan Azərbaycan xalqının başına müxtəlif yollarla və mərhələlərlə  faciələr gətirilmişdir 1918 ci ildə baş verən soyqırım, Gəyçə və Zəngəzur mahallarının Azərbaycandan qoparılıb Ermənistana verilməsi, azərbaycanlıların Ermənistan  ərazisindəki əzəli torpaqlarından  kütləvi deportasiya olunması, sovet rəhbərliyinin havadarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri,  bu siyasətin mərhələlərindəndir .

1990-cı ilin 20 yanvar gecəsi  saxta bir rejimin ordusu öz vətandaşına qarşı amansız atəş acdı. Çoxlu sayda dinc sakin öldürüldü. Bu hərbi təcavüz  Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları vətənimizin tarixinə öz qanları ilə qəhramanlıq səhifəsi yazdılar .Azadlıq mübarızəsinə qalxmış sonda öz niyyətinə nail olaraq vətənimizi müstəqilliyə qovuşdurdular. “20 Yanvar ” faciəsi qurbanlarının əziz xatirəsi qəlbimizdə yaşayacaqdır.

Rayonun ümumtəhsil məktəblərində “20 Yanvar ” faciəsinin 29-cu ildönümü ilə əlaqədar olaraq silsilə tədbirlər keçirilir.1 nömrəli tam orta məktəbin bir qrup müəllim və şagird kollektivi tədbirlər planına uyğun  olaraq “Şəhidlər Xiyabanı”nı ziyarət ediblər.