20.02.2019

 N.F.Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbində təlim keçirilib

Azərbaycan Gənclər Fondunun 11-ci qrant müsabiqəsi çərçivəsində  C kateqoriyası üzrə "Eko youth" layihəsi həyata keçirilir. Təşkilati dəstək  ASAN Könüllülər Təşkilatı, Yaşıl ASAN-dır. Layihənin məqsədi Cəbrayıl, Tovuz, Goranboy rayonları və Gəncə şəhərində müəyyən olunacaq məktəblərin şagirdlərini təlimlərə cəlb etmək, ekoloji aksiyalarda iştiraklarını təmin  etmək və  onları ekoloji mövzuda ictimai vəkil olaraq yetişdirməkdir. Layihə çərçivəsində Cəbrayıl rayon N.F.Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbində 20 məktəbliyə 2 saat müddətində "Ekologiya və onun qorunması", "Ekoloji hüququn əsasları və İctimai vəkillik" və "Gənclərin Ətraf Mühitin qorunması və təmizlənməsində rolu" adlı təlimlər keçirilib.  Layihə müddətində yaşıl iməcilik adı altında təmizlik aksiyası olub  və yığılan tullantılardan 20-yə yaxın müxtəlif əl işləri hazırlanaraq  yekunda onların sərgisi təşkil edilib.