23.02.2019

Cocuq Mərcanlı kənd tam   orta məktəbində  Xocalı soyqırımının 27-ci ildönümünə həsr edilmiş "Xocalı Harayı" adlı tədbir keçirilib

Cocuq Mərcanlı kəndində Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar “Xocalı harayı” adlı tədbir keçirilib. Cocuq Mərcanlı və Çərəkən kənd tam orta məktəblərinin  təşkilatçılığı  ilə keçirilən tədbirin iştirakçıları əvvəlcə Horadiz şəhərində Xocalı soyqırımı abidəsinin önünə gül dəstələri qoyub, faciə qurbanlarının xatirəsini ehtiramla yad ediblər. Cocuq Mərcanlı kənd klub –icma mərkəzində davam edən tədbirdə kənd sakinləri,müəllim və şagirdlər ,N  saylı hərbi hissənin  əsgərləri iştirak ediblər . Cəbrayıl rayon təhsil şöbəsinin  müdiri Zamiq Qurbanov, Cocuq Mərcanlı kənd tam orta məktəbin direktoru  Zamin Həziyev  və başqaları çıxış edərək , Azərbaycan xalqının tarix boyu erməni millətçiləri  tərəfindən davamlı olaraq etnik təmizləmə ,soyqırım siyasətinə məruz qalmasından, Ermənistan silahlı birləşmələrinin

Qarabağda həyata keçirdikləri vəhşiliklərdən danışılıb. Tədbirdə Çərəkən kənd tam orta məktəbin şagirdlərinin ifasında Xocalı soyqırımına həsr edilmiş kompazisiya nümayiş etdirildi.