01.03.2019

"1 Mart-Ümumdünya Mülki Müdafiə Günü"

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Qarabağ Regional Mərkəzinin təşkilatçılığı ilə Cəbrayıl rayon N.F.Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbində "1 Mart-Ümumdünya Mülki Müdafiə Günü"nə həsr olunmuş tədbir keçirilib. Tədbirdə şagird və müəllim kollektivinə fövqəladə hallar zamanı yarana biləcək hər-hansı təhlükədən qorunmağın yolları barədə məlumat verilib. Daha sonra şagirdlər  zəlzələ zamanı necə davranacaqlarını praktik formada nümayiş etdiriblər.