18.03.2019

Milli Qəhrəman M.İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin kollektivi Cocuq Mərcanlı kənd tam orta məktəbinin qonağı olublar

Milli Qəhrəman M.İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin kollektivi Cəbrayıl rayon N.Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin qonağı olublar. Məktəblə tanış olan kollektiv şagirdlərin qarşıdan gələn Novruz bayramını təbrik edib və onlara bayram xonçası hədiyyə ediblər. Sonda məktəb adından qonaqlara üzərində Cocuq Mərcanlı loqosu həkk olunmuş fincan, köynək və qeyd dəftərçəsi hədiyyə ediblər.