03.04.2019

“Azərbaycan tarixinin şanlı Aprel zəfəri”

Cəbrayıl rayon ümumtəhsil məktəblərində “Aprel döyüşlərinə” həsr edilmiş tədbirlər keçirilib. Tədbirlərdə Azərbaycanın işğal edilmiş ərazilərində qoşunların təmas xəttində təcavüzkar Ermənistan tərəfindən 2016-cı ilin aprel ayının əvvəlində törədilən təxribata qəhrəman ordu hissələrimizin layiqli cavab verməsi nəticəsində işğal altında olan 2000 hektara yaxın ərazimizin, o cümlədən mühüm əhəmiyyətli Lələtəpə və Talış yüksəkliklərinin geri qaytarılması və ona yaxın digər ərazilərimizin təhlükəsizliyinin təmin edilməsi haqqında məlumat verilib.