11.03.2019

Cocuq Mərcanlıda Yaz məktəbi təşkil olunub

N. Aslanov adına Çocuq Mərcanlı kənd tam orta məktəbində Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər" İctimai Birliyi, Təhsil Nazirliyinin "Bir” Tələbə-Könüllü proqramının dəstəyi, Azərbaycan İntellektual Klublar Assosiasiyası, Təhsil Nazirliyinin “SABAH” qrupları, "Youth Inc.” Sahibkarlıq Proqramı, "ENGİN” şirkəti və “Asmart Creative hub" Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə martın 8-dən 10-dək Cəbrayıl rayonu N.Aslanov adma Çocuq Mərcanlı kənd tam orta məktəbində "Qayıdış" yaz məktəbi keçirilib. Tədbirin təşkil olunmasında əsas məqsəd şagirdlərin təhsilə maraqlarını artırmaq, onların asudə vaxtlarının səmərəli təşkili, şəxsi inkişaflarına stimul vermək, həyata fərqli baxış və dünyagörüşlərinin formalaşmasına müsbət təsir göstərməkdir. 60-a yaxın şagirdin iştirak etdiyi tədbirdə iştirakçılar təlimçi və ekspertlər tərəfindən təşkil olunan incəsənət, yaradıcılıq, biznes, fərdi- inkişaf təlimləri və intellektual yarışlarda fəal iştirak ediblər. Tədbirin keçirildiyi günlərdə şagirdlər üçün çay süfrələri təşkil olunub, İştirakçıların hər birinə yaz məktəbinə məxsus sertifikat və hədiyyələr verilib.Tədbirin sonunda xatirə şəkli çəkdirilib