03.06.2019

" Gəlin kitab oxuyaq ! " 

Cəbrayıl rayonu Milli Qəhrəman K.Məmmədov adına Böyük Mərcanlı kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Səidə Quliyevanın təşkilatçılığı ilə Xətai rayon MKS - nin S.Vurğun adına Mərkəzi Kitabxanası ilə əməkdaşlıq şəraitində " Gəlin kitab oxuyaq ! " devizi altında " Mütaliə ən təsirli tərbiyə vasitəsidir " adlı tədbir keçirilib.           Tədbirdə Cəbrayıl rayon Təhsil Şöbəsinin müdiri Zamiq Qurbanov başda olmaqla Cəbrayıl RTŞ-nin əməkdaşları, məktəbimizin adını daşıdığı Milli Qəhrəman Kazım Məmmədovun anası Dursun Məmmədova və digər ailə üzvləri, yazıçı,nasir,dramaturq Elçin Hüseynbəyli, Milli Qəhrəman K.Məmmədov haqqında bir neçə kitabın müəllifi ,şair Həsən Təhməzov , " Xalq " qəzetinin şöbə müdiri Məsaim Abdullayev ," Xudafərin " qəzetinin baş redaktoru Şakir Albalıyev , Cəbrayıl rayon ümumtəhsil məktəblərinin rəhbərləri  iştirak ediblər.