07.06.2019

" Azərbaycan dili- milli varlığımızdır" 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 15 yanvar 2019- cu il tarixli F-20 nömrəli əmri ilə təsdiq edilmiş " Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı" nın icrasını təmin etmək məqsədi ilə hazırlanmış Cəbrayıl rayon Təhsil Şöbəsinin 22 yanvar 2019- cu il tarixli 21 nömrəli əmri ilə təsdiq olunmuş, müvafiq bəndinə uyğun olaraq Tədbirlər Planına əsasən 25 may 2019- cu il tarixində Cəbrayıl rayon ümumtəhsil məktəblərinin VI- X sinif şagirdləri arasında (rayon turunda) " Azərbaycan dili- milli varlığımızdır" mövzusunda şeir müsabiqəsi keçirilmişdir. Tədbiri rayon TŞ-nin metodiki kabinetin müdiri Əbülfəz Əhmədov açaraq,əmrin məqsəd və mahiyyəti, Azərbaycan dilinin qorunub saxlanılması barədə müsabiqə iştirakçılarına məlumat vermiş, onlara uğurlar arzulamışdır. Tədbirin sonunda hər bir müsabiqə iştirakçısı İmadəddin Nəsiminin şeirlərindən parçalar səsləndirmişlər.