10.06.2019

Buraxılış imtahanlarının nəticələri müzakirə olunub

Cəbrayıl Rayon Təhsil Şöbəsində Biləsuvar ərazisində və ətraf rayonlarda yerləşən ümumi təhsil məktəb direktorlarının və buraxılış siniflərində, buraxılış imtahan fənlərindən dərs deyən müəllimlərin iştirakı ilə növbəti Təhsilyanı Şura iclası keçirilib.Cəbrayıl RTŞ-nin müdiri Zamiq Qurbanov iclası açıq elan edərək gündəlikdə duran məsələləri iştirakçıların nəzərinə çatdırıb.İclasda IX siniflərin  şagirdlərinin buraxılış imtahanlarının birinci mərhələsi, məktəbdaxili nəzarətin təşkili məsələləri və sair məsələlər də müzakirə edilib. Qaldırılmış məsələlərlə bağlı fikir mübadiləsi edilib və RTŞ-nin müdiri Zamiq Qurbanov tərəfindən məktəb direktorlarına aidiyyatı üzrə tapşırıqlar verilib