05.09.2019

Biləsuvar rayonunda təhsil işçilərinin sentyabr konfransının plenar müşavirəsi keçirilib

05 sentyabr 2019-cu il tarixdə Biləsuvar rayonunda  Biləsuvar, Cəbrayıl, Salyan və Nefçala rayon təhsil işçilərinin sentyabr konfransının plenar müşavirəsi keçirilib. Əvvəlcə konfrans iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Biləsuvar rayonunun Heydər Əliyev Mərkəzində keçirilən  konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə öz işinə başlayıb. Konfransın plenar müşavirəsində  Təhsil Nazirliyinin məsul işçisi Rövşən Ağayev,   hər dörd rayonun təhsil şöbələrinin müdirləri, ümumi təhsil müəssisələrinin rəhbərləri və müəllimləri  iştirak ediblər.

Plenar müşavirədə   rayonların təhsil şöbələrinin müdirləri 2018-2019-cu tədris ili üzrə hesabat məruzəsi ilə çıxış edib, təkliflərini bildiriblər. 

Təhsil Nazirliyinin məsul işçisi  Rövşən Ağayev  çıxış edərək hesabatları müqayisəli təhlil edib, təklif və rəylərini verib, rayonların qəbul imtahanlarının nəticələrindən danışıb, yeni tədris ilinin prioritet istiqamətləri barədə məlumat verib. Sonda yeni tədris ilinin prioritet məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

 


Açar sözlər: