03.09.2019

Sinif  rəhbərləri üçün kurslar təşkil edilib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi 2-4 sentyabr 2019-cu il tarixlərində Biləsuvar rayonu ərazisində fəaliyyət göstərən Cəbrayıl rayon ümumi təhsil müəssisələrində mülki müdafiə fənnini tədris edən 2-ci, 5-ci və 6-cı sinif rəhbərləri üçün kurslar təşkil edilib. Kurslarda Qarabağ Regional Mərkəzinin və Cəbrayıl  rayon Təhsil Şöbələrinin əməkdaşları iştirak ediblər. Kursların keçirilməsində əsas məqsəd məktəblərdə fövqəladə hadisələrdən mühafizə ilə bağlı maarifləndirmə işinin aparılması və mülki müdafiəni tədris edən sinif rəhbərlərinin sözügedən sahədə bilik və bacarıqlarının artırılması olub .Kurslarda iştirak edən dinləyicilərə fərdi mühafizə vasitələrindən istifadə, təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, təxliyyə planlarının düzgün hazırlanması qaydaları, mülki müdafiə, yanğın və texniki təhlükəsizlik tədbirləri haqqında ətraflı məlumatlar verilmiş, mövzularla bağlı hazırlanmış fotoslaydlar və videoçarxlar nümayiş olunmuşdur.