24.10.2019

Tatar kənd tam orta məktəbində görüş keçirilib

Cəbrayıl rayon Təhsil Şöbəsinin müdiri Zamiq Qurbanov  Saatlı rayonunda fəaliyyət göstərən  Cəbrayıl rayon Tatar kənd tam orta məktəbində olub, müəllim kollektivi ilə görüşüb. Görüşdə müxtəlif məsələlər, o cümlədən ötənilki buraxılış imtahanlarının və ali məktəblərə qəbulun  nəticələri müzakirə olunub .Görüşdə  2019-2020-ci tədris ilində  qarşıda duran vəzifələrdən danışılıb.