28.10.2019

“Şagird Parlamenti”nin hesabat-seçki yığıncağı keçirilib

Milli Qəhrəman Kazım Məmmədov adına Böyük Mərcanlı kənd tam orta məktəbində “Şagird Parlamenti”nin hesabat-seçki yığıncağı keçirilib.
              Məktəb-Şagird Parlamentinin yığıncağında Şagid Parlamentinin hesabatı dinlənilib.Yeni 2019-2020-ci tədris ilində Məktəb-Şagird Parlamentinin prioritet fəaliyyət istiqamətəri və qarşısında duran vəzifələr müəyyənləşdirilib. Məktəb-şagird Parlamentinin yeni tərkibi seçilib, parlamentin Tədris komissiyası, Hərbi vətənpərvərlik komissiyası, Mədəniyyət və turizm işləri üzrə komissiya,, Nəzarət-təftiş və intizam komissiyalarının məqsəd və vəzifələrindən danışılıb.Parlamentin yığıncağında məktəbin direktoru Nuriyyə Ağayeva, təlim-tərbiyə işləri üzrə direktor müavini Raziyyə Ağayeva , tərbiyə işləri üzrə direktor müavini Mətanət Haqverdiyeva iştirk edib..Məktəbin direktoru Nuriyyə Ağayeva məktəbin demokratik idarə edilməsində Şagird Parlamentinin rolundan danışıb, Şagird Parlamentinin sədri Züleyxa Mehrəliyevaya və yeni seçilən parlament üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.


Açar sözlər: ,  ,