06.11.2019

"Azərbaycan xalçası bizim milli dəyərimizdir"

 10 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdləri  Azərxalça ASC-nin Cəbrayıl filialında  olublar. Azərxalça  ASC-nin Cəbrayıl Filialının  direktoru Elza Abdullayeva  şagirdləri səmimi qarşılamış , onlarla xalçaçılıq  sənəti haqqında geniş məlumat vermişdir .Filialda vakant yerlərin olması və XI sinif şagirdlərinin məktəbi qurtardıqdan sonra burada işlə təmin oluna biləcəkləri haqında söhbət olunub.