16.12.2019

“Qarabağ gəncləri arasında Nəsimi kuboku” 

               Biləsuvar rayonu ərazsinidə salınmış  7 nömrəli  qəsəbədə yerləşən Cəbrayıl rayon  İ.Tahirov adına Mehdili kənd tam orta məktəbində "Nəsimi ili" ilə əlaqədar Uşaq və Yeniyetmələrə Dəstək İctimai Birliyinin təşkilatçılığı, Cəbrayıl Rayon İcra Hakimiyyətinin və Cəbrayıl Rayon Təhsil Şobəsinin rəhbərliyi ilə “Qarabağ gəncləri arasında Nəsimi kuboku” adlı yarış keçirilib. Yarışda ümumtəhsil məktəblərinin VIII - XI sinif şagirdlərindən ibarət komandalar iştirak ediblər. Gərgin və maraqlı keçən yarışda 8 nömrəli tam orta məktəbin komandası birinci yerə, 9 nömrəli tam orta məktəbin komandası ikinci yerə və X.Rüstəmov adına Yuxarı Mərcanlı kənd tam orta məktəbin komandası isə üçüncü yerləri qazanıb. Qalib komandalar Fəxri fərmanlarla təltif olunub, hədiyyələr və kuboklarla mükafatlandırılib.