12.12.2019

 "Vətən sizə oğul dedi" 

Hafiz Fətəliyev adına Şahvəlli kənd tam orta məktəbində "Vətən sizə oğul dedi!" devizi altında tədbir keçirilib. Şəhid ailələrinin üzvləri, o cümlədən Cəbrayıl rayonunda anadan olmuş, “Azərbaycanın Milli Qəhrəmanı” adını qazanmış Kazım Ərşad oğlu Məmmədovun anası Dursun ananın da iştirak etdiyi tədbirdə Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olaraq ən ali zirvəyə ucalmış oğullarımızın şücaətindən danışılıb, onların keçdiyi şərəfli həyat yolunun hər birimiz üçün örnək olduğu vurğulanıb.