13.01.2020

Respublika fənn olimpiadalarının rayon mərhələsi keçirilib

Cəbrayıl rayon 10 nömrəli tam orta məktəbində və Əsgər Veysəlov adına Sirik kənd tam orta məktəbində    təhsil meneceri  Aynurə Əhədovanın iştirakı, Cəbrayıl rayon TŞ-nin təşkilatçılığı və rəhbərliyi ilə ümumtəhsil məktəb şagirdlərinin Respublika fənn olimpiadalarının rayon mərhələsi keçirilib.Respublika fənn olimpiadalarının rayon mərhələsində IX,X və XI sinif şagirdləri, eləcə də bu elm yarışında xüsusi istedada malik olan 8-ci sinif şagirdlərinin iştirakına da icazə verilib           

Qeyd edək ki, olimpiadaların təşkilində məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsindən ibarətdir.