11.02.2020

"Əlaçı" 

İctimai televiziyada yayımlanan "Əlaçı" verilişinin çəkilişlərində iştirak edəcək şagirdləri müəyyən etmək üçün zona mərhələsi keçirilib. Bakı şəhərinə daxil olan rayonların, həmçinin bir neçə məcburi köçkün rayon şagirdlərinin iştirak etdiyi zona mərhələsində Cəbrayıl rayon  8 nömrəli tam orta məktəbin X sinif şagirdi Həsənova Aysurə Seymur qızı yüzlərlə şagird arasından seçilərək televiziya çəkilişlərində iştirak hüququ qazanıb. Çəkilişlər fevralın 23-də aparılacaq. Şagirdimizə uğurlar arzulayırıq!