07.02.2020

Mübariz İbrahimov Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzidir

Cəbrayıl rayon 10 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi Azərbaycan Respublikasının Milli Qəhramanı Mübariz İbrahimovun doğum günü münasibəti ilə Milli Qəhramanın doğulduğu Biləsuvar rayonunda olublar.Əvvəlcə onlar Mübariz İbrahimovun ata evinə gələrək qəhrəmanın valideynləri ilə görüşüblər. Görüşdən sonra müəllim və şagirdlər Mübariz İbrahimovun ev muzeyinə, təhsil aldığı orta məktəbə və adını  daşıdığı məktəb-liseyə baş çəkiblər.