10.01.2017

Respublika fənn olimpiadalarına start verilir

Yanvarın 15-də Təhsil Nazirliyi tərəfindən ölkənin bütün şəhər və rayonlarında Respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsinə start veriləcək.

Ətraflı
10.01.2017

2300 nəfərədək müəllim üçün diaqnostik qiymətləndirmə

Yanvarın 10-da ötən illərdə diaqnostik qiymətləndirmədə müxtəlif səbəblərdən iştirak edə bilməyən və ya işə yeni qəbul edilən müəllimlərin qiymətləndirilməsinə start verilib. Azərbaycan Memarlıq və İnşaat Universitetində keçirilən qiymətləndirmədə 2300 nəfərədək müəllimin iştirakı nəzərdə tutulur.

Ətraflı
09.01.2017

Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əməkhaqqı artırılıb

2017-ci il yanvarın 1-dən dövlət ümumi təhsil müəssisələrində çalışan 38 minə yaxın müəllimin əməkhaqqı artırılıb. Bu artım ötən ilin noyabr-dekabr aylarında ölkənin 26 şəhər və rayonunda diaqnostik qiymətləndirilmədən keçən və dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərə şamil olunacaq.

Ətraflı
09.01.2017

Təhsil naziri Şirvan şəhərində vətəndaşları qəbul edəcək

Təhsil naziri Mikayıl Cabbarov 16 yanvar 2017-ci il tarixində saat 11:00-da Şirvan şəhərindəki Olimpiya Kompleksində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Sabirabad, Saatlı, İmişli rayon və Şirvan şəhər sakinlərini qəbul edəcək.

Ətraflı
29.12.2016

"31 Dekabr Azərbaycanlıların Həmrəyliyi Günü"dür.

       Cəbrayıl rayon ümumtəhsil  məktəblərində "31 Dekabr Azərbaycanlıların Həmrəyliyi Günü" münasibətilə tədbir keçirilmişdir.

20.12.2016

Daha iki müəllim maksimum bal topladı

Dekabrın 20-də Masallıda keçirilən Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində iki nəfər müəllim yüksək nəticə göstərib.

Ətraflı
20.12.2016

Rayonlar üzrə diaqnostik qiymətləndirmə başa çatıb

Dekabrın 20-də  Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi başa çatıb. Üç gün davam edən imtahanlarda 7500 nəfərdən çox müəllim iştirak edib.

Ətraflı
20.12.2016

      “ Gözləri yollarda Cəbrayılım var ”

      16 dekabr 2016-cı il tarixdə Cəbrayıl rayonu N.F.Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbində şəhid Novruz Aslanovun xatirəsinə həsr olunmuş “ Gözləri yollarda Cəbrayılım var “ və “ Şəhidlər ölmür “ adlı tədbir keçirildi

15.12.2016

Təhsil naziri İmişlidə vətəndaşları qəbul edib

Dekabrın 15-də təhsil naziri Mikayıl Cabbarov İmişli şəhərindəki Heydər Əliyev Mərkəzində  vətəndaşları qəbul edib.

Ətraflı
15.12.2016

Növbəti diaqnostik qiymətləndirməyə start verilib

Dekabrın 15-də Salyan, Neftçala və Biləsuvar rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə başlanılıb.

Ətraflı
13.12.2016

Salyan, Neftçala və Biləsuvar rayon müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi

15-16 dekabr tarixlərində Salyan, Neftçala və Biləsuvar rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək.

Ətraflı
12.12.2016

      12 dekabr  2016-cı il tarixdə Cəbrayıl rayon ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivlərinin iştirakı ilə  Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım tədbiri keçirilmişdir.

      Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları çox olmuşdur. Bunlar zaman-zaman gördükləri böyük işləri və əməlləri ilə yadda qalmış və unudulmamışlar. 

09.12.2016

Təhsil naziri İmişli şəhərində vətəndaşları qəbul edəcək

Təhsil naziri Mikayıl Cabbarov 15 dekabr 2016-cı il tarixində saat 13:00-da İmişli şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Sabirabad, Saatlı, İmişli rayon və Şirvan şəhər sakinlərini qəbul edəcək.

Ətraflı
08.12.2016

      Bu gün Cəbrayıl rayon İ. Quliyev adına B. Mərcanlı kənd tam orta məktəbdə Ümummilli lider Heydər Əliyevin anım günü qeyd edildi.

      Tədbirdən öncə məktəblilər və müəllimlər milli liderin 4 saylı qəsəbə ərazisində yerləşən Heydər Əliyev adına parkdakı abidəsi qarşısına gül dəstələri qoyuldu. Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilərək ehtiram nümayiş etdirildi. Daha sonra şəhidlər abidə kompleksi ziyarət edildi və abidə kompleksi önünə gül dəstələri qoyulduşəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilərək ehtiram bildirildi.