17.02.2018

"Cocuq Mərcanlıdan Xocalıyadək!" devizi altında tədbir keçirildi

 

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində "Cocuq Mərcanlıdan Xocalıyadək!" devizi altında tədbir keçirildi. 

Ətraflı
16.02.2018

“Sabahın alimləri” VII Respublika Müsabiqəsinin qalibləri mükafatlandırılıb

Fevralın 16-da “Sabahın alimləri” VII Respublika Müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Ətraflı
15.02.2018

Cəbrayıl rayon Akademik Mehdi Mehdizadə adına şəhər tam orta məktəbində "2017-2018-ci tədris ili təhsildə keyfiyyət ili" çərçivəsində, məktəbin tədbirlər planına uyğun olaraq, məktəbin yeddinci sinfində azərbaycan dili fənninin tədrisi vəziyyətini öyrənmək üçün  monitorinq aparılıb

 Fevralın on beşində  Akademik Mehdi Mehdizadə adına şəhər tam orta məktəbində "2017-2018-ci tədris ili təhsildə keyfiyyət ili" çərçivəsində, məktəbin tədbirlər planına uyğun olaraq, məktəbin ikinci sinfində azərbaycan dili  fənninin üzrə monitorinq aparılıb.Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş ,,Azərbaycan Respublikası Təhsilin inkişafı üzrə Dövlət Strategiyası ,,nda  təhsilin keyfiyyəti başlıca strateji prioritet  elan olunmuş,ümumi təhsil müəssisələrinin şagird və məzunların keyfiyyət göstəricilərinin yaxşılaşdırılması aktual məsələ kimi irəli sürülmüşdür.

Ətraflı
15.02.2018

Cəbrayıl rayon 23 saylı tam orta məktəbdə dahi şair Nizami Gəncəvinin yaradıcılığına həsr edilmiş tədbir keçirilib

Fevralın on beşində 23 saylı tam orta məktəbdə Nizami Gəncəvinin yaradıcılığına  həsr olunmuş tədbir keçirilib.Tədbirdə dahi şairin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilib, şeir və poemalarından parçalar dinlənilib. 

Ətraflı
15.02.2018

Məktəbdə  “ Zərərli vərdişlərə yox  deyək  "devizi altında  tədbir keçirilmişdir.

Cəbrayıl rayon Əsgər Veysəlov adına Sirik  kənd tam orta məktəbində “ Zərərli vərdişlərə yox  deyək  "devizi altında  tədbir keçirilmişdir.

Ətraflı
14.02.2018

"Sabahın alimləri” VII Respublika Müsabiqəsinin açılış mərasimi

Fevralın 14-də “Sabahın alimləri” VII Respublika Müsabiqəsinin açılış mərasimi keçirilib.

Ətraflı
07.02.2018

Regionların sosial-iqtisadi inkişafı çərçivəsində görülən işlərə həsr olunmuş müşavirə

Təhsil Nazirliyində ölkə Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışından irəli gələn vəzifələrin həyata keçirilməsi ilə əlaqədar nazirlik tərəfindən görüləcək işlərə dair müşavirə keçirilib.

Ətraflı
04.02.2018

Respublika fənn olimpiadalarının ilk mərhələsi keçirilib

Fevralın 4-də ölkənin bütün şəhər və rayonlarında Respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsi keçirilib.

Ətraflı
31.10.2017

“Sabahın alimləri” VII Respublika Müsabiqəsi üzrə qeydiyyat davam edir

Müsabiqədə iştirak edəcək ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin mövzuları www.sabahinalimleri.edu.az internet səhifəsində online rejimdə qeydiyyatdan keçirilir.

Ətraflı
15.09.2017

        Bu gün Cəbrayıl rayonunun bütün məktəblərində olduğu kimi, aprel döyüşləri zamanı erməni işğalçılarından azad edilən Cəbrayıl rayonunun Cocuq-Mərcanlı kəndində tikilən orta məktəbdə də "Bilik günü" qeyd olundu.

 


 

        Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri sədri Əli Həsənov və Təhsil Nazirliyinin rəsmiləri Cocuq Mərcanlı məktəbində "Bilik günü" münasibətilə keçirilən tədbirdə iştirak ediblər. Məktəbdə ilk dərs Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başlayıb.
        

Ətraflı
11.09.2017

        Cəbrayıl müəllimlərinin 2016-2017-ci dərs ilinin yekunları və yeni tədris ilində qarşıda duran vəzifələrə həsr edilmiş ənənəvi sentyabr konfransı keçirilib. 

        Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan konfransda Cəbrayıl rayon Təhsil Şöbəsininmüdiri Zakir Hüseynov 2016-2017-ci tədris ilində görülən işlərə dair hesabat məruzəsi ilə çıxış edərək bildirmişdir ki,2017/2018-ci dərs ilində rayon üzrə 41 ümumi təhsil məktəbi,o cümlədən 39 tam orta, 2 ümumi orta və bununla yanaşı 1 Şahmat Uşaq Gənclər İdman məktəbi fəaliyyət göstərəcəkdir.Bu təhsil müəssisələrində hazırlıq qrupu və  I-XI siniflərdə ümumilikdə 9290 nəfərədək şagird təhsil alacaqdır.Bu tədris ili ilkin proqnoza əsasən rayonun ümumtəhsil məktəblərinin I sinfinə 1050 nəfərədək  uşaq  qəbul ediləcəkdir.

28.08.2017

        Biləsuvar rayonu ərazisində salınmış  7 saylı qəsəbədə fəaliyyət göstərən  Mehdili kənd tam orta məktəbində ibtidai sinif müəllimlərinə "Məktəbə hazırlıq qruplarında işin təşkili metodikası" adlı təlim   kursu keçirilmişdir.

        Təlim kursunda qəsəbələrdə və ətraf rayonlarda fəaliyyət göstərən Cəbrayıl rayon ümumtəhsil məktəblərinin hazırlıq sinfində dərs aparacaq müəllimlər iştirak ediblər. 

23.08.2017

        Bu gün Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından 24 il ötür. 

        Bu gün Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından 24 il ötür. Ərazisi 1050 kv.km olan Cəbrayıl rayonunun  Ermənistan silahlı qüvvələri tərəfindən tutulması ilə 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 5 məscid, 2 muzey, 129 tarixi abidə, 149 mədəniyyət ocağı işğal altında qalıb.

 

22.08.2017

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi davam edir

Ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada aparılan müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi davam edir. Bu mərhələdə  müəllimlərin psixoloji durumu, ümumi dünyagörüşü yoxlanılır. Müsahibə mərhələsi avqustun 26-dək davam edəcək.

Ətraflı