Zamiq Qurbanov

    Qurbanov Zamiq Mətləb oğlu 13 sentyabr 1981-ci ildə Cəbrayıl rayon Dağ Tumas kəndində anadan olub. 1987-ci ildə Cəbrayıl rayon Dağ tumas kənd  orta məktəbinin I sinifinə qəbul olub. 1993-cü ildən Cəbrayıl rayonunun işğal olunması ilə əlaqədar olaraq,ailəsi ilə birlikdə Sumqayıt şəhərində məskunlaşmışdır. 1999-cu ildə Qubadlı rayon Çay Tumas kənd məktəb- liseyini bitirib, Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsinə qəbul olub və 2003-cü idə ali təhsilini başa vurub, psixoloq ixtisasına yiyələnmişdir. 2003-cü ilin iyul ayı həqiqi hərbi xidmətini zabit kimi cəbhə xəttinə çəkib və 2005-ci ildə ehtiyata buraxılmışdır. 15 sentyabr 2005-ci il tarixində Cəbrayıl rayon 7 saylı tam orta məktəbində psixoloq vəzifəsinə təyin olumuşdur. İstedadlı və bacarıqlı pedaqoq kimi  özünü göstərdiyinə görə 15 sentyabr 2008-ci il tarixində Cəbrayıl rayon Təhsil Şöbəsinə metodist vəzifəsinə təyin olunub və 02 mart 2012-ci il tarixinədək bu vəzifədə özünü bacarıqlı bir təhsil işçisi kimi göstərmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan Ümumtəhsil Məktəb Drektorlarının Qəbulu Müsabiqəsində uğur qazanaraq, Azərbaycan Respublikası Təhsil Nazirinin 02 mart 2012-ci il tarixli, 11/195  nömrəli  əmri ilə Cəbrayıl rayon Vahid İsmayılov adına Çərəkən kənd tam orta məktəbinə direktor  təyin olunub. Cəbrayıl rayon V. İsmayılov adına Çərəkən kənd tam orta məktəbinin direktoru  vəzifəsində çalışmaqla bərabər 2014-cü ildən ictimai əsaslarla Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun Cəbrayıl rayon nümayəndəliyinin sədridir.

01 oktyabr 2018-ci il tarixdən Cəbrayıl rayon Təhsil Şöbəsin müdiri vəzifəsinə təyin olunub.