15.09.2020

Bilik günü 

                        Bu gün ölkəmizin hər yerində olduğu kimi Cəbrayıl rayon Vahid İsmayılov adına Çərəkən kənd tam orta məktəbində də 2020-2021-ci tədris ili ilində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 sentyabr tarixli, 332 nömrəli Qərarı ilə təsdiq edilmiş "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları" əməl olunmaqla I-IV siniflər üzrə əyani və distant, V-XI siniflərdə isə distant təhsil forması olmaqla tədrisə başlanılıb.  Bu münasibətlə Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, ıcra hakimiyyətinin başçısının  müavini Fəridə  İbayeva,  təhsil şöbəsinin  müdiri Zamiq Qurbanov və şöbənin əməkdaşları məktəblərdə olaraq , şagirdləri yeni tədris ilinin başlanması münasibəti ilə təbrik ediblər.


Açar sözlər: ,  ,