10.03.2021

Tarix yazan tarix müəllimi

           Saatlı rayonunda fəalyyət göstərən Tatar kənd tam orta məktəbinin tarix müəllimi Vüsal Ramizov torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılan Vətən müharibəsində iştirak etmək üçün cəbhəyə yollanmışdı. Döyüşlərdə şərəflə iştiarak edən Azərbaycan ordusunun əsgəri Vüsal müəllim hal-hazırda doğma kollektivə qayıdıb. Bu münasibətlə keçirilən onlayn tədbirdə məktəbin müəllimləri və bir qrup şagirdi iştirak edib. Müharibənin acılı-şirinli xatirələrindən danışan Vüsal müəllim sonda şagirdləri maraqlandıran sualları cavablandırıb, onlara öz tövsiyələrini verib. Cəbrayıl Rayon Təhsil Şöbəsi adından Vüsal müəllimi qələbə münasibəti ilə təbrik edir, ona gələcək işlərində uğurlar arzulayırıq!