08.03.2021

8 Mart bayramınız mübarək!

8 Mart Beynəlxalq Qadınlar Günüdür. Müasir dünyada qadınlar bütün sahələrdə aktiv fəaliyyət göstərirlər. Dövlətimiz də müasir dünyanın bir parçası olaraq gender bərabərliyini üstün tutur, qadınların bütün cəmiyyətdə hüquqlarını təmin edir. Cəbrayıl Rayon Təhsil Şöbəsində və şöbənin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində çalışan işçilərin təqribən 78 faizi qadınlardır. Qadın həm də anadır, 44 günlük Vətən müharibəsində düşməni diz çökdürməyi bacaran oğulları yetişdirən ana. Bu oğulları yetiçdirən analar Azərbaycan xalqının qəlbində özlərinə əbədi heykəl ucaldıblar. Bayramınız mübarək, əziz qadınlar!


Açar sözlər: ,