29.03.2021

     Direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi keçirilib.

Məlum olduğu kimi mart ayının 19-da direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi keçirilib. Rayonumuzdan bu mərhələdə iştirak edən namizədlər arasında ən yüksək balı( 41 bal ) İsmayıl Quliyev adına Böyük Mərcanlı kənd tam orta məktəbinin (Biləsuvar rayonu) fizika müəllimi, eyni zamanda direktor mavini Əmiraslanov Dilqəm Məmməd oğlu toplayıb. D. Əmiraslanov respublika üzrə namizədlər arasında 98-130-cu yerləri bölüşdürüb. Dilqəm müəllimə və bütün namizədlərə uğurlar arzulayırıq