05.04.2021

Vətən mənə oğul dedi 

          30 mart 2021-ci il tarixdə 44 günlük Vətən müharibəsində canından keçən igid oğullarımızdan biri olan Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı Əzizov Elçin Əvəz oğlunun doğum günüdür. Akad. M. Mehdizadə adına Cəbrayıl şəhər tam orta məktəbinin Elçin Əzizov adına 3-a sinfinin rəhbəri Kəmalə Əliyevanın təşkilatçılığı ilə qəhrəman şəhidimizin ailə üzvləri: həyat yoldaşı Sevda xanlm, övladları: Yusif, Duyğu və Uğur ilə görüş təşkil olunub. Görüşdə şagirdlər şəhidimizin həyat və döyüş yolu, qəhrəmanlığı haqqında danışıb, şeir söyləyiblər. Şəhidin övladı Yusif Əzizov atasının adını daşıyan 3-a sinfinə atasının şəxsi əşyalarını xatirə olaraq təqdim edib