06.06.2021

Ana dilimiz milli varlığımızdır

    Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə
təsdiq edilmiş "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq
  Cəbrayıl rayonunun müxtəlif ümumi təhsil müəssisələrində “Hər bir xalqı, milləti başqalarından fərqləndirən mühüm amillərdən biri və ən başlıcası onun dilidir” başlığnda onlayn tədbirlər keçirilmişdir.

    Tədbirlərdə Azərbaycan dili və ədəbiyyat müəllimləri doğma dilimizin xüsusiyyətləri haqqında geniş məlumat vermiş məktəblilərə ana dilimizi sevmək, onu yad təsirlərdən qorumaq üçün yaşından asılı olmayaraq hər bir vətəndaşın borcu olduğu çatdırmışlar. Həmçinin, şagidlər tədbirlərdə çıxış edərək öz fikirlərini çatdırmış və görkəmli şairlərimizin şeirlərini səsləndiriblər