17.06.2021

Yüksək bal toplayan şagirdlər qəbul olunub

 

    Cəbrayıl Rayon Təhsil Şöbəsinin müdiri Zamiq Qurbanov 2020-2021-ci tədris ilinin buraxılış imtahanlarından rayon üzrə ən yüksək bal toplamış üç şagirdi – Əfəndiyev Kamil Nazim oğlunu(Əsgər Veysəlov adına Sirik kənd tam orta məktəbi, 292 bal), Hüseynov Murad Qismət oğlunu(Cəmil Əhmədov adına Cəbrayıl şəhər tam orta məktəbi, 285 bal) və Qasımova Röya Rəmzi qızını( Dirili Qurbani adına Soltanlı kənd tam orta məktəbi, 283 bal) qəbul edib. Şagirdləri təbrik edən rayon təhsil şöbəsinin müdiri onların bu uğurunun rayonun bütün təhsil ictimaiyyətini sevindirdiyini bildirib və şagirdlərin qəbul imtahamlarının növbəti mərhələsində də yüksək nəticə göstərmələrini arzulayıb. Çıxış edən şagirdlər göstərdiyi diqqətə görə Z. Qurbanova minnətdarlıqlarını ifadə edərək, əldə etdikləri bu nəticəyə görə müəllimlərinə borclu olduqlarını vurğulayıblar.

Yüksək nəticə göstərən şagirdlərimizi, onların ailə üzvlərini və yaxınlarını, oxuduqları məktəblərin pedaqoji kollektivini təbrik edir, uğurlarının davamlı olmasını arzu edirik!

 

 


Açar sözlər: ,  ,  ,