30.06.2021

Tarixin daş yaddaşı

    "Yay məktəbi"nin tələblərinə uyğun olaraq Biləsuvar rayonunda fəaliyyət göstərən Xanış Rüstəmov adına Yuxarı Mərcanlı kənd tam orta məktəbində Qobustan Dövlət Tarix-Bədii Qoruğuna ekskursiya təşkil edilib. Tariximizin bir çox dövrlərini özündə birləşdirən Qobustana səyahət şagirdlər üçün çox maraqlı olub.

    Qoruğun bələdçisi Kənan Umuyev şagirdlərə qaya rəsmləri, qədim yaşayış məskənləri haqqında geniş məlumat verib, onların suallarını cavablandırıb. Şagirdlər qavaldaş sədaları altında "Yallı" rəqsini oynayıblar. Məsafənin uzaq olmasına baxmayaraq onlar bu ekskursiyadan xöş təəssüratlarla ayrılıblar. Məktəbə qayıdan şagirdlər Qobustandan aldıqları hədiyyəni Coğrafiya kabinetinə təqdim ediblər.

    Qeyd edək ki, bu ekskursiya Qobustana son illərdə təşkil olunan ikinci ekskursiyadır