04.07.2021

Pedaqoji kollektivlə görüş

    Milli Məclisin deputatı Ceyhun Məmmədov Mehdi Mehdizadə adına Cəbrayıl şəhər tam orta məktəbinin pedaqoji kollektivi ilə görüşüb.Görüşdə çıxış edən millət vəkili doğma torpaqlarımızın düşməndən azad olunması münasibəti ilə pedaqoji kollektivi təbrik edib, tezliklə belə görüşlərin Cəbrayıl rayonunda baş tutmasını arzulayıb. Daha sonra natiq respublikamızın ictimai-siyasi həyatında baş verən dəyişikliklərdən danışıb, sualları cavablandırıb.


Açar sözlər: ,  ,  ,