19.07.2021

700 ballıq zirvə

    Xanış Rüstəmov adına Yuxarı Mərcanlı kənd tam orta məktəbində Cəbrayıl rayon məktəbliləri arasında qəbul imtahanlarında ilk dəfə 700 bal toplayan Çullu kənd sakini Lalə Novruzova ilə görüş keçirilib. Görüşdə Biləsuvar rayonunun 11 qəsəbəsində fəaliyyət göstərən məktəblərin şagidləri iştirak ediblər. Çıxış edən L. Novruzova özü haqqında məlumat verərək imtahana hazırlaşmaqla bağlı fikirlərini şagirdlərlə bölüşüb, onların suallarını cavablandırıb, həmçinin mütaliənin şagirdlər üşün əhəmiyyətindən danışıb. “Hər uşağa bir kitab” layihəsi çərçivəsində keçirilən görüşün sonunda şagirdlərə kitab və digər hədiyyələr verilib.

    Qeyd edək ki, Lalə Novruzova 15 nömrəli tam orta məktəbin məzunudur və məktəbi 2015- ci ildə bitrirərək Azərbayan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olunub.