26.07.2021

Fərqlənmə attestatları təqdim olunub

    Azərbaycan Respublikası təhsil nazirinin 8 iyun 2017-ci il tarixli 129 nömrəli əmri ilə təsdiq edilmiş "Ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi Qaydası"na əsasən İsmayıl Quliyev adına Böyük Mərcanlı kənd tam orta məktəbinin XI sinif şagirdləri - Aslanova Leyla Qədir qızı və Aslanova Lalə Nofəl qızına fərqlənmə attestatları təqdim edilib.

    Qeyd edək ki, bu il Cəbrayıl rayonu üzrə 43 məzuna fərqlənmə attestatları təqdim olunub. Onlardan 22-i ümumi orta təhsil səviyyəsini, 21-i isə tam orta təhsil səviyyəsini bitirib.

 


Açar sözlər: ,  ,  ,