11.08.2021

Yeni zirvələrə doğru

    Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələrini açıqlayıb. Bakı şəhərində fəaliyyət göstərən Əsgər Veysəlov adına Sirik kənd tam orta məktəbinin məzunu Əfəndiyev Kamil Nazim oğlu iki mərhələdə cəmi 692,5 bal toplayaraq IV qrup üzrə respublikada ən yüksək nəticə göstərib.

    Söhbətimiz zamanı K. Əfəndiyev gələcəkdə həkim olaraq öz xalqının sağlamlığının keşiyində durmaq arzusunda olduğunu bildirdi. O, yüksək nəticəyə görə müəllimlərinə borclu olduğunu qeyd edərək, bu arzusuna şatmaq üçün ibtidai siniflərdən səylə çalışmağı başlıca şərt kimi dəyərləndirdi. Belə yüksək nailiyyətə məhz ibtidai siniflərdə qazandığı möhkəm təmələ görə çatdığını deyən Kamil Əfəndiyev özündən kiçik şagirdlərə hər mövzunu oxuyarkən çox diqqətli olmağı tövsiyə edir.

    Cəbrayıl Rayon Təhsil Şöbəsinin kollektivi adından Kamilin valideynlərini, yaxınlarını və müəllimlərini təbrik edir, ona gələcəkdə yeni-yeni təhsil uğurları arzulayırıq!