31.08.2021

Şəhid bulağının açılışı olub

    Biləsuvar rayonu 11 nömrəli qəsəbədə Vətən müharibəsi şəhidi, baş leytenant Mustafayev Təhmasib Sərməst oğlunun adının əbədiləşdirilməsi məqsədi ilə tikilmiş bulağın açılış mərasimi keçirilib. Şəhidin doğum günündə reallaşan tədbirdə onun həyat yolu, Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlardan geniş danışılıb, döyüş yolunun gənc nəsil üçün əsl qəhrəmanlıq nümunəsi olduğu vurğulanılıb.

    Qəsəbə sakinlərinin xeyli hissəsinin qatıldığı tədbirdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, rayon təhsil şöbəsinin rəhbərliyi, idarə və təşkilatların nümayəndələri, habelə şəhidin ailə üzvləri və yaxınları, döyüş yoldaşları iştirak edib. Allah rəhmət eləsin!


Açar sözlər: ,