12.09.2021

Ali məktəblərə qəbul

    Dövlət İmtahan Mərkəzinin keçirdiyi ali məktəblərə tələbə qəbulu üzrə nəticələr Cəbrayıl Rayon Təhsil Şöbəsində təhlil olunmuş və ilkin statistik məlumatlar ortaya çıxmışdır.
Ötən tədris ilində 626 şagird tam orta məktəbləri bitirib. Onlardan 348 nəfər müxtəlif ali məktəblərə qəbul ulunub(56 %). Tələbə adını qazananlardan 128 nəfəri ödənişsiz, 220 nəfəri isə ödənişli fakultələrdə təhsil alacaqlar. Məzunların qəbul olunduğu ali məktəblərdən 10-u xarici ölkəkərdə yerləşən ali məktəblərdir. Maraqlıdır ki, qiyabı şöbəyə cəmi bir nəfər qəbul olunub.
    Ən yaxşı nəticə göstərən məktəblərə gəldikdə isə bunlar Mehdi Mehdizadə adına Cəbrayıl şəhər və Şikar Aslanov adına Süleymanlı kənd tam orta məktəbləridir( hər iki məktəbdə qəbul faizi 84,2-dir). Bununla yanaşı zəif nəticə göstərən məktəblər də vardır.
    IV ixtisas qrupu üzrə Əsgər Veysəlov adına Sirik kənd tam orta məktəbinin məzunu Əfəndiyev Kamil Nazim oğlu (693 bal. Məlum olduğu kimi bu həm də həmin qrup üzrə respublikada ən yüksək nəticədir), I qrup üzrə Mahmud Allahverdiyev adına Çullu kənd tam orta məktəbinin məzunu İbişzadə Əli Maarif oğlu(664 bal), III qrup üzrə 25 nömrəli tam orta məktəbin məzunu Rüstəmli Aysun Seymur qızı(658 bal), II qrup üzrə isə Hafiz Fətəliyev adına Şahvəlli kənd tam orta məktəbinin məzunu Əmiraslanova Aysu Natiq qızı(650 bal) ən yuxarı bal toplayıblar.
    Məzunlar ən çox Bakı Dövlət Universitetinə(51 nəfər), Azərbaycan Dövlət İqtisad Universitetinə(33 nəfər), Sumqayıt Dövlət Universitetinə(33 nəfər), Azərbaycan Dövlət Pedaqoji Universitetinə(26 nəfər) qəbul olunublar.
    Bütün tələbə adını qazanan məzunlarımızı və onların valideynlərini təbrik edirik!