15.09.2021

15 Sentyabr - Bilik Günüdür

    Məlum olduğu kimi 2004-cü ildən bəri hər il sentyabrın 15-i Azərbaycanda “Bilik Günü” kimi qeyd olunur.

Bu münasibətlə Cəbrayıl Rayon Təhsil Şöbəsinin müdiri Zamiq Qurbanov və şöbənin əməkdaşları Biləsuvar rayonunda fəaliyyət göstərən İsmayıl Quliyev adına Böyük Mərcanlı kənd tam orta məktəbində olaraq pedaqoji kollektivlə görüş keçiriblər. Əvvəlcə Vətən torpaqları uğrundə canlarından keçən şəhidlərin əziz ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Z. Qurbanov çıxış edərək kollektivi salamlayıb və 15 Sentyabr- Bilik Günü münasibəti ilə təbrik edib, onlara gələcək işlərində uğurlar və can sağlığı arzulayıb. Ötən tədris ilinin çətinliklərindən və uğurlarından danışan natiq cari tədris ilində qarşıda duran vəzifələrdən söz açıb, kollektivə öz tapşırıq və tövsiyələrini verib. Məktəbin direktoru Dilqəm Əmiraslanov

    Z. Qurbanova göstərdiyi diqqətə görə təşəkkürünü bildirib və yeni tədris ilinə qalib dövlətin müəllimi kimi başlamağın qürurverici olduğunu vurğulayıb.