22.09.2021

Əyani tədris bərpa olunub

    

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin " Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində 2021/2022-ci tədris ilində tədris və təlim- tərbiyə prosesinin təşkili ilə bağlı bəzi məsələlər haqqında"10 sentyabr 2021-ci il tarixli, 259 nömrəli Qərarına əsasən bu gün pespublikamızın ümumi təhsil müəssisələrinin ibtidai təhsil səviyyəsində dərslər ənənəvi qaydada bərpa olunub. Bütün siniflərdə ilk dərs “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunub.

    Cəbrayıl rayonunun məktəbləri üzrə bu il 803 şagird I sinifə qədəm qoyur. Ümumilikdə ibtidai təhsil səviyyəsi üzrə isə 3341 şagird təhsil alacaq.

Təhsil şöbəsinin aparıcı məsləhətçilərindən Əli Əliyev Bakı şəhərində fəaliyyət göstərən Hovuslu kənd tam orta məktəbinə, Xəzər Səmədov Saatlı rayonunda fəaliyyət göstərən 2 nömrəli tam orta məktəbə, Ağabala Əliyev Mingəçevir şəhərində fəaliyyət göstərən 18 nömrəli tam orta məktəbə, Rövşən Mustafayev isə Sumqayıt şəhərində fəaliyyət göstərən 5 nömrəli tam orta məktəbə gələrək müəllim və şagird kollektivini təbrik ediblər.

    Gördüyünüz şəkillər Bakı şəhərində fəaliyyət göstərən Dirili Qurbani adına Soltanlı kənd, Biləsuvar rayonunda fəaliyyət göstərən Vahid İsmayılov adına Çərəkən kənd və Sumqayıt şəhərində fəaliyyət göstərən 5 nömrəli tam orta məktəblərdəndir.

Əziz müəllimlər və şagirdlər, yeni tədris iliniz mübarək!