29.09.2021

Yuxarı sinif şagirdlərinin ilk dərs günü

    Sentyabrın 29-u bütün ölkə ərazisində olduğu kimi Cəbrayıl rayon 23 nömrəli tam orta məktəbdə də ümumi və tam orta təhsil səviyyələrində ilk dərslərə başlanılıb. İlk dərslər “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunub.

    Qeyd edək ki, məktəb 2001-ci ildən 2003-cü ilə qədər Saatlı şəhərində fəaliyyət göstərib. 2003-cü ildən bu günə kimi isə Bakı şəhərində fəaliyyət göstərir. Məktəbə uzun müddət Məhəmməd Xudiyev rəhbərlik edib. Ötən ilin dekabrından isə direktor vəzifəsi Əmrəddin Qurbanova həvalə edilib. 2021-2022-ci tədris ilində məktəbdə 153 şagird təhsil alacaq. Şagirdlərin təlim-tərbiyəsi ilə 30 müəllim məşğul olacaq ki, onların da 25-i ali təhsillidir.Təhsil ocağına ilk qədəm basan birincilərin sayı 11, XI sinifdə oxuyanların sayı isə 13-dür.

Bütün şagird və müəllim heyətinə uğurlar arzulayırıq!