09.10.2021

Vətən müharibəsi şəhidinin anım günü

    Xalq tərəfindən qərinələr, əsrlər keçməsinə baxmayaraq əsla unudulmayan insanlardır Şəhidlər!

    Şahvediyev Böyükağa Savalan oğlu - 15 iyun 1998-ci ildə Biləsuvar rayonunda anadan olub. 2004-cü ildə Biləsuvar rayonu, 5 saylı qəsəbədə fəaliyyət göstərən Cəbrayıl rayon 10 saylı tam orta məktəbin birinci sinfinə gedib, 2015-ci ildə həmin məktəbi bitirib. Elə həmin ildə də Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olub. Universiteti 2019-cu ildə bitirən B. Şahverdiyev həmin ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılıb. Xidməti borcunu ləyaqətlə yerinə yetirən igid əsgər 8 oktyabr 2020-ci il tarixində Füzuli və Cəbrayıl rayonları istiqamətindəki döyüşlər zamanı böyük şücaət göstərərək qəhrəmancasına şəhid olub. Subay idi. Biləsuvar rayonu ərazisindəki 3 saylı qəsəbədə salınmış şəhid məzarlığında dəfn edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Şahvediyev Böyükağa Savalan oğlu ölümündən sonra “Vətən uğrunda” və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

    Bu gün şəhidin xatirəsi bitirdiyi Cəbrayıl rayon 10 nömrəli məktəbdə anılıb. Tədbirdə B. Şahverdiyevin qısa, lakin mənalı həyat yoluna nəzər salınaraq döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan söhbət açılıb. Şəhidlərin vətən sevgisinin hamımız üçün örnək olduğu vurğulanılıb. Şəhidin anası Şahnaz ana çıxış edərək göstərdikləri diqqətə görə məktəb kollektivinə və şagirdlərə təşəkkür edib, indiki şagirdlərin belə oğulların yolunu davam etdirəcəklərinə tam əmin olduğunu xüsusi qeyd edib.

Daha sonra məktəb həyətində şəhidlərin xatirəsini əbədiləşdirmək üçün ağaclar əkilib,məktəb kollektivi tərəfindən şəhidimizin məzarı ziyarət edilib.

Tədbirdə şəhid anaları, qazilər, həmçinin B. Şahverdiyevin sinif yoldaşları iştirak edib.

.


Açar sözlər: ,  ,