12.10.2021

Qabaqcıl təhsil işçisi Səidə Quliyeva

    Azərbaycan Republikası Təhsil nazirinin əmri ilə bir qrup təhsil işçisi "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunub. Səidə Allahqulu qızı Quliyeva da təltif olunanlar arasındadır.

O, 1972-ci ildə Cəbrayıl rayonunda anadan olub. 1995-ci ildən Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbində işləyir(2017-ci ildən həmin məktəb Kazım Məmmədov adına Böyük Mərcanlı kənd tam orta məktəbi adı altında fəaliyyət göstərir). Göründüyü kimi uzun illərdir doğma dilimizin incəliklərini şagirdlərimizə öyrədir. Ötən illərin hər birini gərgin zəhmət və alın təri ilə başa vurub.

    Bu yaxınlarda kollektivin yüksək etimadını qazanmış S. Quliyeva məktəbə direktor müavini təyin edilib.

    Səidə müəlliməni bu yüksək uğur münasibətilə təbrik edir, ona yeni-yeni nailiyyətlər arzulayırıq!