13.10.2021

Sakinlərini qucaqlayan torpaq

    Sizcə də illər tez keçmirmi? Təxminən bir il bundan öncə cəbhədə gərgin anlar yaşanırdı. Bir yumruğa sığınan xalq xoş xəbərlər gözləyirdi. İgidlər ön cəbhədə, onların yolunu gözləyənlər isə arxa cəbhədə təlaş içində idilər.

Tarix 4.10.2020-ci ili göstərirdi. 1993 - cü ildən Arazın qoynuna sığınan, dilsiz körpə kimi harayını özündən başqa kimsənin eşitmədiyi Cəbrayıl, nəhayət ki, azad idi. Bütün cəbrayıllılar bu günü əllərində bayraq küçələrə axışaraq bəyan etmək istəyirdilər. Artıq bir arzu vardı. Cəbrayıl torpağına tezliklə ayaq basmaq, qoyub gəldikləri yurddan, bəlkə, bir daş parçası, ya da bir ovuc torpaq qoxlamaq arzusu bütün cəbrayıllıların istəyi idi.

Nəhayət, tarix 4.10.2021 - ci ili göstərirdi. O gün hər kəs bir -birini "Təbrik edirəm, artıq Cəbrayılın işğalından bir il daha ötmür!" deyə təbrik edirdi .

    Həmin gün – Cəbrayılın işğaldan azad olunmasının birinci ildönümü günü Prezident İlham Əliyev cəbrayıllıları öz törpağından salamladı. Məncə, bu məqsədli, seçilmiş tarix idi. Həmin gün Cəbrayıl sözün həqiqi mənasında əsl sakinlərini qucaqlamağa hazır idi. Hələ duyanda ki, yeni quruculuq işləri həyata keçiriləcək, böyük məktəb, yeni xəstəxana və əhalisi rahat yaşasın deyə çoxmərtəbəli yaşayış məhəlləsinin təməli qoyulub… Elə həmin anda 28 illik buludlar parçalandı. Yerini al rəngli, sarı çöhrəli günəşə verdi.

    Əziz Cəbrayıl , sən azadsan! Biz gəldik. Sənin daimi, əzəli, əbədi sakinlərin .Biz səni dirçəldəcəyik, sənin torpağına , suyuna həsrət xalqın həsrətə son qoyacaq....

    Aytən Xasaylı,

    Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi

 


Açar sözlər: ,  ,