21.10.2021

Şəhidin anım günü qeyd olunub.

    Şəhid İsmayılzadə Sevindik Ramil oğlunun şəhadətindən bir il ötür. Bu münasibətlə Biləsuvar rayonu 7 saylı qəsəbədə fəaliyyət göstərən İsgəndər Tahirov adına Mehdili kənd tam orta məktəbinin  şagirdlərindən bir qrupu şəhidin qəsəbə ərazisindəki xatirə lövhəsi önündə yığışmış, cəmi şəhidlərimizin xatirəsi birdəqiqəlik sükutla yad edilmişdir. Çıxış edənlər - məktəbin direktoru Akif Allahverdiyev, direktor müavini Hidayət Səfərli, tarix müəllimi Etiram Dadaşlı, ərazi üzrə nümayəndə Fazil Mahmudov, Qarabağ müharibəsi veteranı İlham Babaşov Vətən müharibəsində qazanılmış tarixi Zəfərdən və bu yolda şəhid olmuş eloğlularımızdan söz açmışlar.

    Şəhidin bacısı Ramilə İsmayılzadə qardaşı ilə bağlı xatirələrini danışmışdır.

    ŞagirdləriN ifasında vətənpərvərlik ruhunda yazılmış şeirlər səsləndirilmişdir.

 


Açar sözlər: ,  ,