04.11.2021

Hərbi Qənimətlər  Parkına ekskursiya

Azərbaycan Respublikası Təhsil nazirinin F-429 nömrəli, 7 sentyabr 2021-ci il tarixli əmri ilə təsdiq olunmuş Tədbirlər Planınının 4-cü bəndinə əsasən Cəbrayıl Rayon Təhsil Şöbəsi və Cəbrayıl Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Biləsuvar rayonunda fəaliyyət göstərən ümumi təhsil məktəb şagirdlərindən bir qrupu Hərbi Qənimətlər Parkına ekskursiya ediblər.

Onların arasında 8 nömrəli tam orta məktəbin şagirdləri Rüfət Ağayev və Tural Quliyev də var. Onlar ekskursiya təəssüratlarını öz sinif yoldaşları ilə həvəslə bölüşüblər.

 


Açar sözlər: ,  ,  ,